Ukraynanın paytaxtı Kiyevdə ötən gecə sakitlik hökm sürsə də, şəhər ətrafında hücuma hazırlaşan Rusiya qoşunlarına effektli zərbələr endirilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, Kiyevin müdafiəsi üçün yeni qüvvələr toplanır.
Kiyev meriyasının məlumatında isə qeyd edilib ki, dərman, ərzaq və ilkin tələbat malları üçün şəhər ərazisindəki humanitar qərargaha müraciət etmək mümkündür. Bütün məlumatlar onlayn xəritədə qeyd olunub.
Şəhərə elektrik enerjisi, istilik və su verilir, infrastruktur işləyir, rabitə əlaqəsi təmin olunur. Yerüstü nəqliyyat saat 8:00-dan müəyyən marşrutlar üzrə xəttə buraxılıb, metropoliten daşıma rejimində işləyir. Bütün xəstəxanalar döyüş rejimində çalışır, səhiyyə müəssisələri həm sakinlərə, həm də yaralılara tibbi yardım göstərmək üçün zəruri ləvazimatlarla təmin edilib.