logo

Türkiyə indiyədək 20 mindən çox ukraynalıya sığınacaq verib

15:15 07-03-2022 | icon 1855
Türkiyə indiyədək 20 mindən çox ukraynalıya sığınacaq verib

Rusiya ordusunun Ukraynaya qarşı başladığı hərbi təcavüzündən- fevralın 24-dən indiyədək 20 min 550 ukraynalı Türkiyəyə gəlib.

YeniAvropa xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı açıqlama verib.

Bildirilib ki, Ukrayna ilə qüvvədə vizadan azadolunma müqaviləsi çərçivəsində bu ölkənin vətəndaşları pasport və ya şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə daxil ola, 90 gün ərzində burada vizasız qala bilərlər. Yuxarıda göstərilən tarixdən əvvəl Türkiyəyə daxil olanlara isə müvəqqəti şəxsiyyət vəsiqələri veriləcək.

Ukraynalıların ölkəyə daxil olmasını asanlaşdırmaq məqsədilə Türkiyənin Ədirnə və Kırklareli vilayətlərində yerləşən sərhəd-keçid məntəqələrində xüsusi qruplar fəaliyyət göstərir.

İ.Çataklı Türkiyəyə gələn Ukrayna vətəndaşları arasında 551 nəfər Krım tatarı və Axıska türkünün də olduğunu, onların tələbə yataqxanalarına yerləşdirildiklərini bildirib.

Nazir müavini bu müddət ərzində ukraynalılardan başqa, müxtəlif xalqların nümayəndələrinin də tranzit yollarla Ukraynadan Türkiyəyə gəldiyini qeyd edib.

Qeyd edək ki, Türkiyəyə sığınan ukraynalılar arasında “Eurovision” mahnı müsabiqəsinin 2016-cı il üzrə qalibi Camala da var.