Ötən gecə Ukrayna hərbçiləri Kiyev ətrafında daha bir Rusiya hərbi kalonunu darmadağın edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko məlumat verib.
“Ötən gecə Makarov ətrafında Rusiya hərbi texnika kalonu məhv edildi, amma təəsüf ki, bu hələ bizim torpaqlarımıza soxulmuş Rusiya qoşunlarının hamısı deyil”, - Denisenko qeyd edib.
O bildirib ki, hazırda ən mürəkkəb vəziyyət Volonovaxa rayonunda hökm sürür. Bundan başqa Jitomir vilayətinə, Jitomir şəhərinin özünə, Novoqrad-Volınska hava zərbələri endirilir.
Denisenkonun sözlərin görə, situasiya gərgin olsa da, Ukrayna hərbçiləri vəziyyətə tam nəzarət edirlər.