Ermənistanın “FlyOneArmenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın "Aysor.am" portalı məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, “FlyOneArmenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.
Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.
Növbəti aviareysin fevralın 5-də baş tutacağı bildirilib.