logo

Azərbaycanda daha 368 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

16:17 02-01-2022 | icon 3542
Azərbaycanda daha 368 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 368 yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 min 69 nəfər müalicə olunaraq sağalıb, 8 min 375 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 235 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 435, bu günə qədər isə ümumilikdə 5 milyon 876 min 764 test icra olunub.