logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 169 min nəfəri ötür

18:18 01-01-2022 | icon 3024
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 169 min nəfəri ötür

Azərbaycanda gün ərzində 77 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, “buster” doza ilə peyvənd olunanların sayı isə 7 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 392, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 580 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 271 nəfər təşkil edir.