COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 676 min nəfəri ötür
Dekabrın 31-də Azərbaycanda 28 min 59 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 109, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 309 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 166, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 382, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 520 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 264 nəfər təşkil edir.