logo

Azərbaycanda daha 595 nəfər  koronavirusa yoluxdu, 12 nəfər öldü

17:31 31-12-2021 | icon 3283
Azərbaycanda daha 595 nəfər  koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 595 yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 min 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 min 546 nəfər müalicə olunaraq sağalıb, 8 min 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 min 43 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 549, bu günə qədər isə ümumilikdə 5 milyon 853 min 885 test icra olunub.