logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 670 min nəfərə çatır

17:57 29-12-2021 | icon 3745
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 670 min nəfərə çatır

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) əleyhinə 30 min 157 vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 659, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 590 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 11 milyon 286 min 4, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 163 min 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 669 min 820, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 452 min 237 nəfər təşkil edir.