logo

Azərbaycanda daha 530 nəfər  koronavirusa yoluxdu, 8 nəfər öldü

17:10 29-12-2021 | icon 4144
Azərbaycanda daha 530 nəfər  koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 min 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 min 754 nəfər müalicə olunaraq sağalıb, 8 min 332 nəfər vəfat edib, aktiv xəstə sayı 9 min 756 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 591, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 842 min 565 test aparılıb.