COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 666 min nəfəri ötür
Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) əleyhinə 31 min 242 vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 83, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 132, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 min 27 nəfərdir.
Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 11 milyon 255 min 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 161 min 39, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 666 min 161, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 428 min 647 nəfər təşkil edir.