logo

Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü

18:30 27-12-2021 | icon 3479
Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 306 yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 min 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 min 658 nəfər müalicə olunaraq sağalıb, 8 min 308 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 970 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 482, bu günə qədər isə ümumilikdə 5 milyon 824 min 190 test icra olunub.