COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 662 min nəfəri ötür
Dekabrın 26-da Azərbaycanda 20 min 989 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 47 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 554 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 16 min 388 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 224 min 584, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 157 min 954, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 662 min 12 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 404 min 618 nəfər təşkil edir.