Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 511 yoluxma faktı qeydə alınıb, 1178 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 min 98 nəfər müalicə olunaraq sağalıb, 8 min 297 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 235 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 328, bu günə qədər isə ümumilikdə 5 milyon 817 min 708 test icra olunub.