logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 140 min nəfəri ötür

17:32 20-12-2021 | icon 2961
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 140 min nəfəri ötür

Dekabrın 20-də Azərbaycanda 77 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 66 min 951, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 140 min 918, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 641 min 918 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 284 min 115 nəfər təşkil edir.