logo

Azərbaycanda daha 577 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

17:13 20-12-2021 | icon 2975
Azərbaycanda daha 577 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 577 yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 min 338 nəfər müalicə olunaraq sağalıb, 8 min 208 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 349 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 777, bu günə qədər isə ümumilikdə 5 milyon 757 min 381 test icra olunub.