logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 641 min nəfəri ötür

19:19 19-12-2021 | icon 2926
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 641 min nəfəri ötür

Dekabrın 12-də Azərbaycanda 20 min 738 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 701, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 247, “buster” doza ilə peyvənd olunanların sayı isə 14 min 790 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 66 min 874, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 140 min 913, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 641 min 869 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 284 min 92 nəfər təşkil edir.