logo

Azərbaycanda  daha 921 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

18:33 19-12-2021 | icon 2961
Azərbaycanda  daha 921 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 921 yoluxma faktı qeydə alınıb, 1382 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 min 666 nəfər müalicə olunaraq sağalıb, 8 min 199 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 453 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 676, bu günə qədər isə ümumilikdə 5 milyon 750 min 604 test icra olunub.