Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 755 yoluxma faktı qeydə alınıb, 1671 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 608 min 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 min 914 nəfər müalicə olunaraq sağalıb, 8 min 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 734 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 804, bu günə qədər isə ümumilikdə 5 milyon 729 min 433 test icra olunub.