logo

Azərbaycanda COVID-19-a ən çox yoluxma paytaxtda qeydə alınıb

18:13 13-12-2021 | icon 3192
Azərbaycanda COVID-19-a ən çox yoluxma paytaxtda qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

YeniAvropa xəbər verir ki, ölkədə virusa yoluxanların 49,9 faizi Bakıda qeydə alınıb.

Yoluxma göstəricisi Abşeronda 13,7 faiz, Aran rayonlarında 13,6 faiz, Gəncə-Qazaxda 8,1 faiz, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Qarabağda 1,7 faiz, Naxçıvan Muxtar Respublikasında isə 0,6 faizdir.

Məlumata əsasən, ölkə xaricindən gələnlərdə qeydə alınan yoluxma halı 0,4 faiz təşkil edir.

Bakıda koronavirus infeksiyasına ən çox yoluxma faktı isə Binəqədi rayonunda qeydə alınıb. Paytaxtda aşkarlanan yoluxma faktlarının 14,5 faizi həmin rayonun payına düşür.

Bakıda COVID-19 infeksiyasının ən geniş yayıldığı digər ərazilər Xətai (13,5 faiz), Sabunçu (11,8 faiz), Yasamal (7 faiz), Suraxanı (8,5 faiz) Nərimanov (7,8 faiz) Nəsimi (7,6 faiz), Xəzər (7,6 faiz), Nizami (7,1 faiz), Səbail (4,9 faiz), Qaradağ (4,4 faiz) və Pirallahı (0.5 faiz) rayonlarıdır.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.