logo

Azərbaycanda  daha 1117 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

18:28 11-12-2021 | icon 3220
Azərbaycanda  daha 1117 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1117 yoluxma faktı qeydə alınıb, 1581 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 603 min 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 min 574 min 615 nəfər müalicə olunaraq sağalıb, 8 min 70 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 569 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 81, bu günə qədər isə ümumilikdə 5 milyon 666 min 464 test icra olunub.