logo

Azərbaycanda daha 1109 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

16:38 10-12-2021 | icon 2926
Azərbaycanda daha 1109 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1109 yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 min 34 nəfər müalicə olunaraq sağalıb, 8 min 55 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 48 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 532 , bu günə qədər isə ümumilikdə 5 milyon 655 min 385 test icra olunub.