logo

ÜST: "Azərbaycanda "Omikron" ştammına rast gəlinməyib”

20:58 09-12-2021 | icon 2884
ÜST: "Azərbaycanda "Omikron" ştammına rast gəlinməyib”
“5-14 yaş arası uşaq və yeniyetmələr arasında "Delta-M" və "Omikron" ştammlarına yoluxma halları artıb. Azərbaycanda hələlik "Omikron" ştammına rast gəlinməyib”.
 
YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün Gəncə İcra Hakimiyyətində keçirilən görüşdə deyib.
 
ÜST nümayəndəsi COVID-19-la mübarizə çərçivəsində Gəncə şəhərində görülən işləri təqdirəlayiq hesab etdiyini bildirib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. H. Harmancı bildirib ki, I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir.

Hande Harmancı, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar: “Son zamanlar mütəxəssislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”.