COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 601 min nəfəri ötür
Dekabrın 8-də Azərbaycanda 33 min 245 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 355 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 941 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 772 min 313, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 107 min 205, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 601 min 258 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 63 min 850 nəfər təşkil edir.