COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 598 min nəfərə çatır
Dekabrın 7-də Azərbaycanda 35 min 926 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 617 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 737 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 739 min 68, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 103 min 256, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 597 min 903 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 37 min 909 nəfər təşkil edir.