logo

Azərbaycanda daha 1530 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

16:27 07-12-2021 | icon 2842
Azərbaycanda daha 1530 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1530 yoluxma faktı qeydə alınıb, 1864 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 min 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 min 385 nəfər müalicə olunaraq sağalıb, 8 min 4 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 114 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 863 , bu günə qədər isə ümumilikdə 5 milyon 621 min 21 test icra olunub.