COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 100 min nəfərə çatır
Dekabrın 6-da Azərbaycanda 154 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 3 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 703 min 142, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 286 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 172 nəfər təşkil edir.