Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 585 yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 596 min 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 min 521 nəfər müalicə olunaraq sağalıb, 7 min 983 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 469 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 385, bu günə qədər isə ümumilikdə 5 milyon 608 min 158 test icra olunub.