Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1406 yoluxma faktı qeydə alınıb, 1787 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 594 min 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 min 786 nəfər müalicə olunaraq sağalıb, 7 min 947 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 261 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 869, bu günə qədər isə ümumilikdə 5 milyon 591 min 270 test icra olunub.