logo

Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxdu, 26 nəfər öldü

17:13 29-11-2021 | icon 3255
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxdu, 26 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 857 yoluxma faktı qeydə alınıb, 1091 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 586 min 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 min 815 nəfər müalicə olunaraq sağalıb, 7 min 833 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 992 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 594, bu günə qədər isə ümumilikdə 5 milyon 526 min 664 test icra olunub.