COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 559 min nəfəri ötüb
Noyabrın 28-də Azərbaycanda 26 min 530 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində 3011 nəfər birinci, 4406 nəfər ikinci mərhələ üzrə, 19113 nəfər isə “buster” doza ilə peyvənd edilib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 863 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 512 nəfər təşkil edir.