logo

Azərbaycanda daha 1617 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

17:57 27-11-2021 | icon 3339
Azərbaycanda daha 1617 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1617 yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 584 min 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 min 333 nəfər müalicə olunaraq sağalıb, 7 min 789 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 999 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 982, bu günə qədər isə ümumilikdə 5 milyon 509 min 701 test icra olunub.