Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1924 yoluxma faktı qeydə alınıb, 1873 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 578 min 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 min 200 nəfər müalicə olunaraq sağalıb, 7 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 718 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 584, bu günə qədər isə ümumilikdə 5 milyon 473 min 157 test icra olunub.