logo

Azərbaycanda daha 1889 nəfər koronavirusa yoluxdu, 25 nəfər öldü

15:35 21-11-2021 | icon 3269
Azərbaycanda daha 1889 nəfər koronavirusa yoluxdu, 25 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1889 yoluxma faktı qeydə alınıb, 2537 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 min 211 nəfər müalicə olunaraq sağalıb, 7624 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 139 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 740, bu günə qədər isə ümumilikdə 5 milyon 443 min 180 test icra olunub.