logo

Azərbaycanda daha 1763 nəfər koronavirusa yoluxdu, 20 nəfər öldü

17:18 20-11-2021 | icon 3185
Azərbaycanda daha 1763 nəfər koronavirusa yoluxdu, 20 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1763 yoluxma faktı qeydə alınıb, 2499 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 572 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 min 674 nəfər müalicə olunaraq sağalıb, 7 min 599 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 812 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 271, bu günə qədər isə ümumilikdə 5 milyon 431 min 440 test icra olunub.