Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2233 yoluxma faktı qeydə alınıb, 2401 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 570 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 min 175 nəfər müalicə olunaraq sağalıb, 7 min 579 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 568 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 925, bu günə qədər isə ümumilikdə 5 milyon 418 min 169 test icra olunub.