Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2025 yoluxma faktı qeydə alınıb, 2267 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 565 min 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 min 105 nəfər müalicə olunaraq sağalıb, 7 min 524 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 336 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 127, bu günə qədər isə ümumilikdə 5 milyon 392 min 281 test icra olunub.