logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 22 min nəfəri ötüb

19:40 15-11-2021 | icon 3493
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 22 min nəfəri ötüb

Noyabrın 15-də Azərbaycanda 340 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, “buster” doza ilə peyvənd olunanların sayı isə 79 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 92 min 763, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 490, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 735 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 589 min 538 nəfər təşkil edir.