COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 473 min nəfəri ötüb
Noyabrın 13-də Azərbaycanda 40 min 504 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 400 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 635 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 62 min 192, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 18 min 158, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 473 min 436 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 570 min 598 nəfər təşkil edir.