COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 454 min nəfəri ötüb
Noyabrın 11-də Azərbaycanda 42 min 265 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 981 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 296 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 983 min 606, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 7 min 657, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 454 min 456 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 521 min 493 nəfər təşkil edir.