logo

Azərbaycanda daha 1876 nəfər koronavirusa yolixdu, 22 nəfər öldü

16:16 10-11-2021 | icon 3262
Azərbaycanda daha 1876 nəfər koronavirusa yolixdu, 22 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1876 yoluxma faktı qeydə alınıb, 2248 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 552 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 min 648 nəfər müalicə olunaraq sağalıb, 7 min 342 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 332 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 615, bu günə qədər isə ümumilikdə 5 milyon 309 min 867 test icra olunub.