logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 438 min nəfəri ötüb

17:47 09-11-2021 | icon 3374
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 438 min nəfəri ötüb

Noyabrın 9-da Azərbaycanda 11 min 197 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 69, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 376, “buster” doza ilə peyvənd olunanların sayı isə 5 min 752 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.