Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2631 yoluxma faktı qeydə alınıb, 1989 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 547 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 min 756 nəfər müalicə olunaraq sağalıb, 7 min 269 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 256 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 367, bu günə qədər isə ümumilikdə 5 milyon 284 min 216 test icra olunub.