COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 426 min nəfəri ötüb
Noyabrın 6-da Azərbaycanda 42 min 824 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 93, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 min 151 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 580 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 884 min 608, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 992 min 534, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 426 min 631 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 465 min 443 nəfər təşkil edir.