Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2500 yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 544 min 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 min 767 nəfər müalicə olunaraq sağalıb, 7 min 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 642 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 17, bu günə qədər isə ümumilikdə 5 milyon 271 min 849 test icra olunub.