Azərbaycanda daha bir müəllim COVİD-19-dan dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, Bakıdakı 309 nömrəli məktəbin müəllimi Cəfərova Sevda Eldar qızı bir müddət əvvəl COVID-ə yoluxub.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
O, ötən gün dünyasını dəyişdi.
Məlumatda bildirilib ki, Sevda Cəfərovanın 45 yaşı olub.
Allah rəhmət eləsin!