COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 406 min nəfəri ötüb
Noyabrın 4-də Azərbaycanda 45 min 41 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 746 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 28 min 712 nəfər təşkil edib. təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 798 min 866, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 980 min 307, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 406 min 811 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 411 min 748 nəfər təşkil edir.