COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 414 min nəfəri ötüb
Noyabrın 2-də Azərbaycanda 47 min 133 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 min 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 784 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 708 min 264, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 293 min 969, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 414 min 295 nəfər təşkil edir.