Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2178 yoluxma faktı qeydə alınıb, 2010 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 534 min 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 min 363 nəfər müalicə olunaraq sağalıb, 7 min 132 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 253 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 889, bu günə qədər isə ümumilikdə 5 milyon 214 min 586 test icra olunub.