Azərbaycanda 439 nəfər yeniyetmə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, peyvənd olunan yeniyetmələr arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.
Xatırladaq ki, Azərbaycanda yeniyetmələr COVID-19 əleyhinə “Pfizer” vaksini ilə peyvəndlənirlər.